• $
  • €
  • ₽
  • ₺
  • £

Kosmosda hansı ölkənin dünya lideri olması məlum oldu

Kosmosda hansı ölkənin dünya lideri olması məlum oldu
15.07.2015 22:06
ABŞ Prezidentinin elm və texnologiyalar üzrə müşaviri Con Holdren ölkəsinin kosmosda dünya lideri olmasını bildirib. 
 
"Məni ABŞ-ın kosmosda dünya lideri olmasını dəfələrlə nümayiş etdirən NASA-nın son uğurları heyran edir”, - C.Holdern bildirib. O əlavə edib ki, ölkə kosmosun tədqiqində çoxlu nailiyyətlər əldə edib.
 
Müşavir nümunə kimi Günəş sistemindən kənar planetlərin axtarışı üçün nəzərdə tutulan "Kepler” kosmik rəsədxanası və kosmik hava və Yer atmosferinin müşahidəsi üçün "DSCOVR” peyki ilə əlaqədar missiyaların uğurlarını qeyd edib.
 
C.Holdern ABŞ-ın kosmosun tədqiqi üzrə perspektivləri kimi 2030-cu ildə baş tutacağı gözlənilən Marsa pilotlu astronavtlar missiyasını göstərib. ABŞ Prezidentinin müşavirinin sözlərinə görə, "New Horizons” proqramı kosmosun 50 illik tədqiqinə yekun vurub.
 
"ABŞ Plutonu fəth edən ilk ölkə olub və bu missiya ilə biz Günəş sisteminin ilkin monitorinqini başa çatdırırıq. Bu, heç bir millətin nail ola bilmədiyi böyük uğurdur”, - o vurğulayıb. 
 
ABŞ Kosmik Agentliyinin (NASA) Pluton planetinin və onun böyük peykinin tədqiqinə həsr edilən "New Horizons” missiyasına xərcləri 600 milyon dolları ötür. Aparat kosmosa 19 yanvar 2006-cı ildə Kanaveral kosmodromundan "Atlas V” raketdaşıyıcısı ilə buraxılıb və Plutona 14 iyul 2015-ci ildə çatıb. "New Horizons” missiyasının işini 2020-ci ilin ortalarında başa vuracağı gözlənilir, - "Lenta” yazır. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol