• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiya Ermənistana “İsgəndər-M” raketləri verməyəcək” - AÇIQLAMA

“Rusiya Ermənistana “İsgəndər-M” raketləri verməyəcək” - AÇIQLAMA
15.07.2015 12:07
Kremlin  Ermənistanın silahlanması üçün bu ölkəyə ayırdığı 200 milyon dollarlıq kredit hələ də müzakirə mövzusudur.

Xatırladaq ki, bu kredit çərçivəsində Ermənistanın "İsgəndər-M” operativ-taktiki raketləri ilə təchiz edilməsinə dair danışıqlar aparıldığı bildirilir.

Rusiyanın hərbi eksperti Aleksandr Qols isə hesab edir ki, Rusiya Ermənistana "İsgəndər -M” raketlərini verməyəcək.

Modern.az saytı xəbər verir ki, hərbi ekspert Ermənistanın 1in.am analitik portalına müsahibəsində bu barədə danışıb.

Ermənistanın "İsgəndər -M”lə təchiz olunacağı haqqında rəsmi informasiyanın yoxluğunu  bildirən Aleksandr Qols qeyd edib ki, bütün bunlar yalnız mətbuatın fərziyyələridir.

"Bunlar KİV-lərin ehtimallarıdır. Amma qeyd etmək lazımdır ki, 200 milyon yaxşı məbləğdir. Bu pula belə hərbi texnika almaq olar. Ermənistan buna güclü ehtiyac duyur”.

Ekspert söyləyib ki, Rusiya Ermənistan və Azərbaycanla əlaqələrini balanslaşdırır. "Rusiya kommersiya şərtləri ilə Azərbaycana silah satır. Eyni zamanda, Ermənistanın silah alması üçün ona kredit verir. "İsgəndər-M”ə gəlincə, etiraf edirəm ki, onun Ermənistana satışını şübhə altına alıram. Bu elə növ slahdır ki, bu günə qədər heç kəsə verilməyib. Rusiyanın siyasi və ya başqa məqsədlər üçün bu raketləri Ermənistana verəcəyinə inanmıram. Hesab edirəm ki, söhbət "İsgəndər-E”dən gedir. Bu variant isə ixrac üçün nəzərdə tutulub”,-deyə hərbi ekspert bildirib.

Aleksandr Qols əlavə edib ki, Ermənistan Moskva üçün mühüm müttəfiqdir və Rusiya regionda güc balansını dəstəkləyir. "Həm də Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öz öhdəliklərini yerinə yetirir”.

O, Rusiyanın Azərbaycanla Ermənistana fərqli meyarlarla silah satdığını da diqqətə çatdırıb: 

"Rusiya Ermənistan kredit verir ki, o Rusiya pulu ilə rus silahına yiyələnsin. Bu kreditin geri qaytarılması isə uzaq perspektivə hesablanıb. Azərbaycanla isə silah satışı təmiz işgüzar əlaqələrə, biznes maraqlarına söykənir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol