• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa qaçan rus milyarder: “Kəşfiyyata gəlmişəm”

Qarabağa qaçan rus milyarder: “Kəşfiyyata gəlmişəm”
16.07.2015 13:05
Rusiyanın qalmaqallı biznesmeni, milyarder, fermer German Sterliqovun öz ailəsi ilə birgə Dağlıq Qarabağa köçməsi ətrafında müəmmalar davam etməkdədir. Məlumat üçün bildirək ki, German Sterliqov Şuşada mətbuat konfransı keçirdikdən sonra Moskvaya qayıdıb.

Modern.az saytının Kremlə yaxınlığı ilə seçilən "Lifenews”-a stinadən verdiyi xəbərə görə German Sterliqov Rusiyaya qayıtması barədə danışarkən Moskvaya kəşfiyyat məqsədi ilə gəldiyini deyib.  
"Mən Rusiyada bir neçə gün qalmağı planlaşdırıram. Sonra Dağlıq Qarabağa, ailəmin yanına qayıdacağam. Yenidən bura geri dönmək məsələsini ailəmlə həll edəcəyik. Mənim Moskyava səfərim kəşfiyyatdır. Ailəmi etibarlı yerdə gizlətdim, özüm isə bura gəldim ki, hər şeyin qaydasında olub-olmadığını yoxlayım. Güman edirəm ki, hər şey qaydasındadır”.  

İş adamı deyib ki, o və ailəsi Rusiyada yaşamaq istəyir: "Biz Rusiyada yaşamaq istəyirik. Çünki bura biz rusların xoşuna gəlir. Son zamanlar Rusiyada kənd təsərrüfatı ilə məşğul olmaq çox asanlaşıb. Heç kim mane olmur. Təkcə hakimiyyət yox, rayon və vilayətlər də bu sahəyə köməklik edir. Biz ümid edirik ki, burada və Qarabağda təsərrüfatımız yaşayacaq. Orada (Dağlıq Qarabağı nəzərdə tutur-red) tərəfdaşlarımız işləyəcək”.  

German Sterliqov qeyd edib ki, yaxın iki gündə görüşlər keçirəcəyi üçün onun boş vaxtı olmayacaq. Lakin o, kiminlə görüşəcəyi haqqında informasiya verməkdən imtina edib.    

Xatırladaq ki, beş uşağı və arvadı ilə qəfildən Dağlıq Qarabağa gedən German Sterliqov Şuşada keçirdiyi mətbuat konfransında Rusiyada təqib olunduğunu bəyan edib. 

Biznesmenin sözlərinə görə müəllifi olduğu "Adəmdən Putinə qədər” kitabının nəşr olunmasından sonra hakimiyyətdəki dostları ondan üz döndərib və bununla da ona qarşı təzyiqlər, hədələr başlayıb.  

Milyarder Şuşada həmçinin bildirib ki, rus  millətçilərin bandası olan BORN-a rəhbərlik etməsi haqqındakı iddialar yalandır.  

German Sterliqov Dağlıq Qarabağa qanunsuz zolaraq getdiyi üçün Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol