• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
22.07.2015 22:30
"2015-ci ilin əvvəlindən Rusiyaya 10,6 milyon xarici vətəndaş gəlib. Hazırda Rusiya ərazisində 10 milyon 126 min 939 nəfər əcnəbi yaşayır. Bundan əlavə 1 milyondan çox Ukraynadan gələn qaçqın var”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski bu gün keçirdiyi mətbuat konfransında bildirib.

2015-ci ilin ilk 6 ayı ərzində miqrantların statistikası barədə məlumat verən FMX rəhbəri qeyd edib ki, Rusiyada miqrantların sayına görə Özbəkistan birinci yerdədir. Onun sözlərinə görə, hazırda Rusiyada 2 milyon 145 min 260 nəfər Özbəkistan vətəndaşı var. İkinci isə Ukraynadır. Belə ki, Rusiyada 1 milyon 601 min 706 nəfər Ukrayna vətəndaşı yaşayır.

K. Romadanovski bu göstəricilərdə Ukraynanın cənub-şərqindən olan qaçqınların nəzərə alınmadığını əlavə edib: "Həmin qaçqınlar bu siyahıya daxil edilməyib. Onların sayı 1 milyon nəfərdən çoxdur”.

Siyahıda üçüncü yerdə 992 min 170 nəfərlə Tacikistan, dördüncü yerdə 709 min 640 nəfərlə Qazaxıstan, beşinci yerdə 552 min 593 nəfərlə Azərbaycan, altıncı yerdə 543 min 836 nəfərlə Moldova, 7-ci yerdə 534 min 851 nəfərlə Ermənistan, 8-ci yerdə isə 521 min 338 nəfərlə Qırğızıstan qərarlaşıb.  


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol