• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-ə qarşı tədbirlər planını müzakirə olundu

İŞİD-ə qarşı tədbirlər planını müzakirə olundu
23.07.2015 10:56
Türkiyədə nazirlər kabinetinin iclası baş tutub. 

ANS PRESS-in məlumatına görə, iclasda iyulun 20-də Suruç rayonunda törədilmiş 32 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən terror aktı hökumətin əsas gündəmini təşkil edib.

Hökumət Suriyanın şimal hissəsində İŞİD qruplaşmasının hədələyici fəaliyyəti ilə əlaqədar tədbirlər planına dair müzakirələr aparıb.

İclasın sonunda baş nazirin müavini Bülənt Arınç çıxış edib. Dövlət rəsmisi bildirib ki, qruplaşmaya üzv olan silahlıların Suriya ilə sərhəd bölgələrdən Türkiyəyə keçidini əngəlləmək üçün bir sıra tədbirlər nəzərdə tutulur. Arınç Milli Təhlükəsizlik naziri və quru qoşunlarının komandiri tərəfindən tədbirlər planına dair təqdimatın baş tutduğunu deyib.

"İŞİD təhdidləri fonunda terrorçuların keçid nöqtələrini əngəlləmək əsas məsələdir. Bunun üçün fiziki qüvvə ilə müdaxilə etmək lazımdır. Sərhəddə fiziki təhlükəsizlik sistemi qurulacaq. Bu barədə daxil işlər naziri həm sərhəd təhlükəsizlik sisteminə dair, həm də ən son baş vermiş olaylar səbəbi ilə böhranlı bölgələrdə əlavə olaraq hansı tədbirlərin alınacağına dair açıqlama etdi". 

Arınç hadisə ilə əlaqədar ölkədə "niyə milli matəm elan olunmadı” sualına cavabında qeyd edib ki, hər gün bu cür hücumlarla əlaqədar milli matəm elan olunsa idi, o halda, milli matəm tədbirləri öz mahiyyətini və dəyərini itirərdi.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol