• $
  • €
  • ₽
  • ₺
  • £

Türk ordusu İŞİD-i bombalayır

Türk ordusu İŞİD-i bombalayır
24.07.2015 10:00
Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhəddə terrorçu İŞİD yaraqlılarının mövqelərinə aviasiya zərbələri endirib.

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş nazirliyinin koordinasiya mərkəzi yayıb.

Bildirilir ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu keçirdiyi fövqəladə iclasda İŞİD yaraqlılarının ölkəsinə qarşı hücumlarının qiymətləndirildiyini, cavab tədbirlərinin görüləcəyini bəyan edib.  

Bu çerçevede, DAEŞ terör örgütüne yönelik bir hava operasyonu düzenlediği kaydedilen açıklamada, şu ifadelere yer verildi:
İclasda qəbul edilən qərarlara əsasən, bu gecə yerli vaxtla saat 03:12-də (Bakı vaxtı ilə saat 01:12 – red.) Türkiyə Hərbi Hava Qüvvələrinin Diyarbəkirdə yerləşən bazasından 3 F-16 qırıcı-bombardmançısı havaya qalxaraq, Suriyada İŞİD-ə aid 3 hədəfə raket-bomba zərbəsi endirib.  

Əvvəlcədən yeri müəyyənləşdirilən 2 qərargah və 1 toplanış məntəqəsinə 4 idarəolunan bomba ilə zərbə endirilib.   

Qeyd edək ki, Baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə keçirilən iclasda Türkiyə hökuməti ölkənin təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirlərin görüləcəyi bəyan edilib.   

"Çoxsaylı mülki vətəndaşlarımızın və təhlükəsizlik əməkdaşlarımızın öldürülməsi ilə nəticələnən mənfur hücumlara qarşı tədbirlər nəzərdən keçirilib. Beynəlxalq təhlükəsizliyimizin qorunması üçün bütün növ tədbirlərə icazə verilməsi, zəruri addımların atılması qərara alınıb”, - deyə, Davudoğlu hökumətinin bəyanatında bildirilib.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol