• $
  • €
  • ₽
  • ₺
  • £

Afina rəsmən kömək istədi

Afina rəsmən kömək istədi
25.07.2015 12:56
Yunanıstan maliyyə nazirliyi Beynəlxalq valyuta fonduna (BVF) yeni kredit xəttinin açılması üçün rəsmi müraciət etdi.

ANS PRESS-in məlumatına görə, BBC xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Evklid Tsakalotosun fondun rəhbəri Kristin Laqarda ünvanladığı, cümə günü isə jurnalistlərin əlinə keçən məktubunda deyilir. 

Bundan əvvəl fondun nümayəndəsi Cerri Rays bəyan etmişdi ki, kredit xəttinin açılması üçün ölkə birinci olaraq formal şəkildə danışıqlara başlamalıdır. 

Laqardın adına göndərilən məktubda isə rəsmi danışıqların başlaması üçün rəsmi müraciət öz yerini tapıb. "Biz sizə xəbər vermək istəyirik ki, Beynəlxaql Valyuta fondundan yeni kredit almaq üçün şərait gözləyirik”- deyə məktubda bildirilir. "Biz səbirsizliklə fondla əməkdaşlığın davamını gözləyirik”- cümləsi ilə isə məktub bitir.

Qeyd edək ki, cümə günü BVF-dən olan nümayəndə heyəti 86 milyard dəyərində üçüncü kömək proqramı barədə danışıqlar üçün Yunanıstana gəlsə də, təşkilatçılar onlar üçün təhlükəsiz məkan tapa bilmədiyi üçün görüş baş tutmayıb. Nümayəndə heyətinin üzvlərindən biri bununla bağlı belə açıqlama verib: "İlk növbədə bəzi logistik problemləri həll etmək lazımdır, əsasən də təhlükəsizliklə bağlı.”. Hazırda bununla bağlı yaradılan komissiya danışıqlar üçün bir neçə yeri nəzərdən keçirsə də, təfərrüatlar deyilmir. Heyətin digər üzvü isə danışıqların bu gün başlanacağına inandığını bildirib.

Xatırladaq ki, Yunanıstan 20 iyul tarixindən BVF və Avropa mərkəzi bankına borcların ödənilməsinə başladığını bəyan etmişdi. Lakin Afinanın borcu qaytarmaq üçün kəmər sıxması ölkədə yeni bahalaşmaya gətirib çıxarır. Artıq bu gündən etibarən yeni qərara əsasən isə vətəndaşlar ölkədən 2 min avrodan artıq çıxara bilməzlər. Bundan əvvəl bu rəqəm 10 min avro idi. 

Ümumiyyətlə Beynəlxalq Valyuta Fondunun Yunanıstanın maliyyə vəziyyəti ilə bağlı apardığı araşdırmalar göstərir ki, Afinaya Avropanın vermək istədiyindən daha çox yardım lazımdır. Yunanıstanın maliyyə vəziyyəti əməlli-başlı pisləşib və Avropa ölkələri ona bütün borclarını ödəmək üçün 30 il vaxt verəcək. Yunanıstan borcu ancaq borc yüngülləşdirmə tədbirləri ilə saxlana bilər. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol