• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya rublu yenidən ucuzlaşmağa başlayıb

Rusiya rublu yenidən ucuzlaşmağa başlayıb
28.07.2015 21:21
Ötən gün Rusiyada ABŞ dollarının məzənnəsi yenidən 60 USD/RUB-a çatıb. Son dəfə məzənnə bu səviyyədə bu ilin martın 20-də olub. Dolların məzənnəsinin tarixi maksimal həddi isə 2014-cü il dekabrın 16-da (80,024 USD/RUB) qeydə alınıb.

"Report" xəbər verir ki, rublun zəifləməsinin əsas səbəbləri arasında dünya bazarında neftin qiymətinin yenidən azalmağa başlaması, Çin fond birjalarında yaranmış panika və Rusiya Mərkəzi Bankının yeritdiyi monetar siyasəti kimi amillər sadalanır.

Rublun məzənnəsinə Rusiyada vergi ödənişləri dövrünün başlaması da dəstək verə bilməyib. İyulun 27-28-də ixracatçılar dövlət büdcəsinə toplam 600 mlrd. rubl (10 mlrd. dollar) vəsait köçürməli olsalar da, onların bazara xarici valyuta çıxarması müşahidə olunmur. Mütəxəssislərin fikrincə, ixracatçılar bir müddət əvvəl xarici valyutanı rubla dəyişdirərək məzənnənin artmasının qarşısını alıblar. Hazırda isə xarici valyutaya böyük tələb yaranıb və məzənnənin 60 USD/RUB həddini aşması ehtimal olunur. Məzənnənin artmasında şirkətlərə ödənilən dividendlərin də rolu böyükdür. Çünki onların arasında qeyri-rezidentlər vəsaitlərini xarici valyutaya konvertasiya edirlər.

USD/RUB məzənnəsinin artmasına Şanxay Fond Birjasında səhmlərin kəskin ucuzlaşması amili də təsir göstərir. Şanxay indeksinin azalması neftin qiymətlərini aşağı çəkir. Belə ki, dünən, iyulun 27-də Şanxay indeksi 8,48% azalaraq 3 725,56 bənddə qərarlaşıb. İndeksin azalması investorlarda dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin gələcəyinə pessimist yanaşma ilə bağlı olub. "Lipow Oil Assosiates" şirkətinin analitiki Endi Lipounun açıqlamasına görə, Çin iqtisadiyyatında zəifləmə gözləntiləri dərhal neft qiymətlərinə təsir edib. Qeyd edək ki, bu gün, səhər saatlarında "Brent" markalı neftin qiyməti 53 dollar/barelə düşüb. Nəticədə, mayın 6-dan indiyədək neft 24,5% ucuzlaşıb. Neftin son bir ildə minimal qiyməti isə bu ilin yanvarın 13-də (47,68 dollar/barel) qeydə alınıb.
Rusiya "Alfa Bank"ının baş iqtisadçısı Natalya Orlova yaxın müddətdə dolların məzənnəsinin 60-63 USD/RUB olacağını proqnozlaşdırır. "Sberbank"ın ekspertləri isə 2015-ci ilin sonuna qədər dolların 65 USD/RUB-a qədər yüksələcəyini bildirirlər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol