• $
  • €
  • ₽
  • ₺
  • £

Müsəlman prezidentlər Moskvaya toplaşır

Müsəlman prezidentlər Moskvaya toplaşır
28.07.2015 23:34
Məscidin açılışına dəvət edilənlər arasında Azərbaycan prezidenti İlham Əliyev də var.

Bu il sentyabrın 23-də Moskvanın Sülh prospektində yerləşən məscidin açılış mərasimi keçiriləcək.

ANS PRESS-in məlumatına görə, bu məqsədlə müsəlman ölkələrinin başçıları Rusiya paytaxtına toplaşacaqlar. Moskvanın ən böyük məscidinin açılış mərasiminə dəvət olunanlar arasında Azərbaycan, Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, İran və digər dövlətlərin başçıları var. 

"İzvestiya” qəzeti yazır ki, Rusiya Federasiyası Müftilər Şurası məscidin açılış mərasiminin Müqəddəs Qurban bayramı ərəfəsində keçiriləcəyi bildirib. Şuradan İslam dövlətləri başçılarının Moskvada keçirilən görüşünün təkcə mədəni və dini hadisə olmadığını, geosiyasi əhəmiyyət daşıdığı vurğulanıb.

Təntənəli açılış mərasimin sentyabrın 23-də keçirilməsi nəzərdə tutulub. ABŞ, Türkiyə, Hindistan, Sudan, Çad, Liviya, İraq nümayəndə heyətləri iştiraklarını təsdiqləyib. 

Rusiya Federasiyası Müftilər Şurasının və Rusiya Federasiyası Müsəlmanlarının Mənəvi İdarəsi sədrinin birinci müavini Ruşan Abbyasov deyib ki, bu, yalnız mədəni, mənəvi hadisə deyil, həm də əhəmiyyətli geosiyasi görüş olacaq. Bu, yalnız Rusiya müsəlmanları üçün deyil, həm də dünya müsəlmanları üçün əlamətdardır. Bu, o deməkdir ki, indi Rusiya yenidən islam dünyasında mühüm rol oynayır. Bu hadisə Rusiyanın və islam dünyasının münasibətlərinin inkişafı üçün yeni impuls olacaq.

Siyasətçi Yelena Semerikova deyib ki, bu, çoxmillətli, müxtəlif dinli dövlət üçün əhəmiyyətli hadisədir. Rusiya islam dünyası ilə əməkdaşlıqda maraqlıdır. Bu, hər şeydən əvvəl dünya təhlükəsizliyidir, iqtisadi və siyasi əməkdaşlıqdır. Bu əməkdaşlığın potensialı böyükdür. Biz beynəlxalq terrorizmə qarşı vahid cəbhəylə çıxış etməliyik və eyni zamanda uydurulmuş "sivilizasiyaların mübarizəsinə" pravoslavlığı və İslamı cəlb etmək cəhdinə qarşıyıq.

Məsciddə bütün dizayn işlərini Türkiyə rəssamları yerinə yetiriblər. Məscidi Avropada böyüklüyünə görə ən böyük dini obyekt olacaq. Onun sahəsi təqribən 19 min kvadratmetr təşkil edir. Altı minarəli məsciddə kişi və qadın ibadət zalları ilə yanaşı, konfrans zalı, sərgi qalereyası olacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol