• $
  • €
  • ₽
  • ₺
  • £

Fransadan İrana ilk dəfə - son 12 ildə

Fransadan İrana ilk dəfə - son 12 ildə
29.07.2015 11:58
Fransanın xarici işlər naziri Loran Fabius iyulun 29-da Tehrana səfər edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Fransa xarici işlər idarəsinin rəhbəri iranlı həmkarı Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə görüşəcək.
 
Fransa xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Romen Nadalın sözlərinə görə,  bu Fransa XİN rəhbərinin İrana 2003-cü ildən bu vaxtadək ilk səfəri olacaq.
 
"Səfər Fransa ilə İran arasında ən yüksək səviyyəli siyasi dialoqun bərpa edilməsinə xidmət edəcək . Danışıqlarda Fransa-İran münasibətləri, regional məsələlər və BMT-nin Parisdə keçirəcəyi iqlim konfransının məqsədləri müzakirə ediləcək”, deyə R.Nadal bildirib.
 
Xatırladaq ki, ötən həftə Almaniyanın vitse-kansleri Ziqmar Qabriel, iyulun 28-də isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Tehrana səfər etmişdilər.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol