• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə İŞİD-nin azərbaycanlı üzvü həbs olundu

Türkiyədə İŞİD-nin azərbaycanlı üzvü həbs olundu
29.07.2015 12:29

Türkiyə mediası "İŞİD əmiri, azərbaycanlı Abdulla Abdullayevin İstanbul məhkəməsinin qərarı ilə həbs olunduğu" barədə xəbər yayandan sonra Türkiyə hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs Azərbaycan vətəndaşı deyil.

 

"O, Türkiyəyə başqa xarici dövlətin pasportu ilə daxil olub", Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancaya bildirib.

Məlumatlara əsasən, iyulun 24-də İslam Dövləti qrupuna üzv olması ittihamı ilə saxlanılan üç nəfər barəsində İstanbul məhkəməsi tərəfindən həbs qərarı verilib. "Həmin şəxslərin arasında İŞİD-in İstanbul əmiri olduğu bildirilən Abdulla Abdullayev də var"- Türkiyə mediası xəbər verir.

Daha əvvəl "Azərbaycanlı Abdulla Abdullayev"in həbsi barədə yayılan xəbərlərdə onun vətəndaşlığına aydınlıq gətirilməyib, Ankaradan jurnalist İlhamə Qasımlı BBC Azərbaycancaya bildirib.

Eyni əməliyyatda "İŞİD-in Türkiyə lideri" kimi təqdim olunan "Abi Hanzala” kod adlı Halis Bayuncuk və daha dörd nəfər barəsində də iki gün öncə məhkəmə tərəfindən həbs qərarı verilmişdi, xəbərdə deyilir.

"Hazırda bununla bağlı məlumat verə bilmirik. Gərəkli açıqlamaları daha sonra mətbuat bürosu vasitəsi ilə yayacağıq”, İstanbul polisinin terrorla mübarizə şöbəsindən BBC Azərbaycancaya bildiriblər.

Ötən ilin noyabrında da Türkiyə sərhədçiləri İSİD-ə keçmək istəyən bir ailə üzvləri olan dörd Azərbaycan vətəndaşını saxlamışdı. Onlar müvafiq araşdırmadan sonra Azərbaycana ekstradisiya edilmişdilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol