• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan Avropada terror təhlükəsi xəbərdarlığı

ABŞ-dan Avropada terror təhlükəsi xəbərdarlığı
30.07.2015 15:50
Amerika Birləşmiş Ştatları "Əl-Qaidə” və "İslam dövləti” daxil olmaqla ekstremist qruplaşmaların Amerika vətəndaşlarına qarşı, o cümlədən də Avropada terror aktları planladıqlarına dair informasiyaya malikdir.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət departamentinin qlobal terror təhlükəsinə dair yaydığı yenilənmiş xəbərdarlıqda bildirilir.

Sənəddə 2014-cü ilin avqust ayında ABŞ və onun müttəfiqlərinin İraq və Suriyada İD yaraqlılarına qarşı hərbi-hava əməliyyatlarına başladıqlarına dair xatırlatma da yer alır. Hal-hazırda Amerika Ştatlarına qarşı, eləcə də qərb ölkələrindən olan tərəfdaşlarına və koalisiya iştirakçılarına qarşı terrorçuların cavab hücumlarının olacağına dair ehtimal getdikcə artır. 

Dövlət departamentinin fikrincə, belə hücumlar bütün dünyada, əsasən də Yaxın Şərqdə, Şimali Afrikada, Avropa və Asiyada baş verə bilər:

"Ekstremistlər adi silah və kütləvi qırğın silahlarından istifadə edərək, həm rəsmi, həm də fərdi maraqlara xələl gətirmək məqsədilə hücumlar həyata keçirə bilərlər”.

Daxil olan məlumat İD-nin, "Əl Qaidə”nin, onlarla əlaqədar olan təşkilatların və digər terror qruplaşmalarının Amerika Ştatlarının və Avropada qərb ölkələrinin maraqlarına qarşı terror hücumları planlamağa davam etdiklərini sübut edir. Avropada terror aktı ehtimalı, İD üzvü olan avropalıların Suriya və İraqdan qayıdacağı müddət ərzində olacaq.

Sənəddə ABŞ hakimiyyətinin, həmçinin Yaxın Şərqdə, Afrikanın şimalı və qərbində, Cənubi və Mərkəzi Asiyada, Cənubi-Şərqi Asiyanın bəzi ölkələrində islam qruplaşmaları tərəfindən terror aktlarının hazırlanmasına dair informasiyaya da sahib olduğu bildirilir. Bundan əvvəlki qlobal terror təhlükəsinə dair xəbərdarlıq ABŞ dövlət departamenti tərəfindən bu ilin yanvarında yayılmışdı.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol