• $
  • €
  • ₽
  • ₺
  • £

“Türkiyədəki gərginliyin səbəbi geosiyasidir” - AÇIQLAMALAR

“Türkiyədəki gərginliyin səbəbi geosiyasidir” - AÇIQLAMALAR
31.07.2015 14:59
Türkiyədə baş verən gərginlik pik nöqtəyə çatıb. Bir tərəfdən PKK, digər tərəfdən İŞİD qüvvələri Türkiyə ərazisində partlayışlar törədir, gərginliyi artırır, ölkədə terror xofu əksilmir. 

Türkiyənin indiki duruma düşməsinin əsas səbəbi nədir? Türkiyə iki terrorçu ilə mübarizəni hansı şəkildə davam etdirilməlidir? Onlarla ayrı-ayrılıqda, yoxsa ikisi ilə birdən mübarizə aparmalıdır? NATO qoşunları Türkiyəyə yardım üçün dəstək göndərəcəkmi? 

Bu suallara aydınlıq gətirmək üçün ANN.Az xəbər portalı politoloqların fikirlərini öyrənib.
 
 

Politoloq Ərəstun Oruclu Türkiyənin son vaxtlar iki problemlə üz-üzə qaldığını deyib: "PKK və İŞİD. Məsələ ondadır ki, PKK da İŞİD-lə davasını Türkiyə ərazisində həyata keçirir. Buna görə də Türkiyə onların hər ikisi ilə  mübarizə aparmaq məcburiyyətində qalıb. Çünki PKK ilə Türkiyə arasında gərginlik əvvəlcədən mövcud idi”.

Politoloqun fikrincə, bu o demək deyil ki, PKK İŞİD-ə qarşı mübarizə aparırsa, Türkiyə onlarla birləşəcək: "Bu ola bilməz. Belə olan halda Türkiyə terrorçu ilə əməkdaşlıq etmiş olacaq. Digər tərəfdən də həmin mübarizənin Türkiyə ərazisində davam edəcəyinə şərait yaradacaq”. 

Ə.Oruclunun sözlərinə görə, bugün Türkiyə hökumətinin tutduğu yol - yəni hərbi əməliyyatların paralel aparılması düzgündür: "Bu vəziyyətə alternativ yol yoxdur. Nə terrorçu ilə əməkdaşlıq etmək olmaz, nə də onun yedəyində getmək, onunla hesablaşmaq. Çünki yenə də həmin terrorçu ilə münasibətlər əvvəlki vəziyyətinə qayıdacaq. Belə halların necə baş verməsi başqa dövlətlərin təcrübəsində özünü  göstərib”. 
 
Türkiyədə son zamanlar baş verən gərginliyin güclənməsinin səbəblərinə gəlincə, politoloq bunu geosiyasi səbəblərdə axtarmağı düzgün hesab edib: "Təcrübə göstərir ki, ya bu terorçuları maliyyələşdirən sponsor eynidir, ya da sponsorların marağı üst-üstə düşür. Sanki bu iki terror qruplaşmanı eyni komanda alıb ki, ikisi də Türkiyə ərazisində mübarizə aparsın. Belə olan halda bir çoxları bildirirlər ki, Türkiyə təklənib. Amma fikrimcə belə deyil, çünki Türkiyənin NATO üzrə mütəffiqləri və ilk növbədə ABŞ onlara dəstək göndərəcəklərini deyiblər. Amma hazırda heç bir dəstək göndərilməyib”.     
 
 

Politoloq Qabil Hüseynli məsələ ilə əlaqədar ANN.Az-a açıqlamasında İŞİD-lə mübarizənin tək Türkiyənin işi olmadığı deyib: "PKK isə Türkiyənin hədəfidir, onunla tək özü mübarizə aparır. Əgər belə bir hal baş verərsə, PKK ilə İŞİD birləşib Türkiyəyə hücum edərsə, bu artıq NATO-nun 4-cü maddəsinə düşür. Yəni müttəfiqləri birgə müdafiə etmək haqqında müddəya uyğundur. Buna görə də Türkiyə NATO qüvvələrindən kömək istəyə bilər. NATO iclaslarında hər zaman müttəfiqlərinə yardım edəcəyini bildirsə də, hətta iclaslarında birində Türkiyə üçün yardım dəstək göndərməyə hazır olduqlarını desələr də, amma nəticə etibarı ilə hələ də heç bir dəstək göstərilməyib”. 

Türkiyədə baş verən gərginliyin əsas səbəblərini politoloq belə izah edib: "Bir çoxları deyirlər ki, bu gərginliyin əsas səbəbi seçkilərdi. Seçkilər zamanı ölkədə geniş bir xaos yaranıb. Baş verənlər də ola bilsin bu iğtişaşlara  səbəb oldu. Türkiyədə seçkilər zamanı partiya rəhbərləri bildirirdilər ki, əgər biz rəhbər seçilsəydik, ölkədə terror demək olar ki, aradan qaldırılacaqdı. Bunlar təbii ki, onların öz fikirləridir. Amma əslində isə ilk olaraq gərginlik Şanlıurfa əyalətində olan İŞİD-in partlayış törətməsindən başladı. PKK isə bunu Türkiyə xüsusi orqanları tərəfindən törədildiyini iddia etdi. Bu səbəbdən də PKK yenidən Türkiyə ilə mübarizə aparmağa başladı. Hadisələr artıq daha da gərginləşməyə başlayır. Türkiyə bacardığı qədər çalışmalıdır ki, bu terrorların qarşını tezliklə alsın”.

Orxan Aslanlı


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol