• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Ərdoğanı "duelə" çağırdı - FOTO

Putin Ərdoğanı "duelə" çağırdı - FOTO
31.07.2015 20:06
Rusiya və Türkiyə prezidentləri "Türk Axını" ilə bağlı son qərarlarını verəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin payızda görüşəcəklər.

ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, dövlət başçılarının görüşü "Türk Axını" qaz boru xətti layihəsi ilə bağlı müzakirə aparmaqdır.

Rusiya təbii qazını Qara dənizin dibi ilə Avropaya çatdıracaq bu layihə keçən ilin dekabrında elan olunsa da, lakin tikinti işlərinə hələ başlanılmayıb. Layihənin çatışmayan cəhətləri neçə aydır aradan qaldırılmayıb. Digər tərəfdən, Rusiya hökuməti bu gün açıqlayıb ki, 2015-ci il fevralın 27-də Türkiyəyə yüzdə 10.25 faiz endirimlə təbii qazın verilməsi barədə sənəd hələ imzalanmayıb.


Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Ümumiyyətlə, Rusiya Ukraynanı "oyundankənar" vəziyyətdə saxlayaraq Avropaya Türkiyə vasitəsilə təbii qaz daşımaq üçün planlaşdırdığı "Türk Axını" layihəsinə böyük önəm verməyə başlayıb. Bura Yunanıstanın da daxil olması gözlənilir.

Rusiyanın enerji naziri Aleksandr Novak "Türk Axını" mövzusunda danışıqların davam etdiyini söyləyib: "Rusiya və Türkiyə arasında hökumətlərarası saziş imzalanmadan layihənin inşasına başlanılmayacaq."

"Qazprom" isə BOTAŞ ilə təbii qazın qiymətinin salınması ilə bağlı açıqlama verib: "BOTAŞ-a yüzdə 10.25 faizlik endirim olunacaq, amma sənəd hələ imzalanmayıb."


Aleksandr Novak- Rusiyanın enerji naziri


Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız iyulun 14-də Türkiyənin layihədə yalnız tranzit ölkə deyil, eyni zamanda enerji mərkəzi olmasına isti baxdıqlarını ifadə etmişdi: "Rusiya Federasiyası bizə fərqli bir təklif vermişdi. Bu layihə hər iki ölkənin ortaq maraqlarını təmin edir."

Rusiya "Türk Axını" layihəsi ildə 63 milyard kubmetr qazı Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə nəqlini nəzərdə tutur. Qaz kəməri 4 xətdən ibarət olacaq və Türkiyə-Yunanıstan sərhədinə 47 milyard kubmetr qaz nəql edəcək.

Bu arada Rusiyanın "Qazprom" şirkəti Trans-Balkan qaz kəmərini "Türk Axını” ilə əvəz etməyə hazırlaşır. 2015-ci il il yanvarın 1-dən iyulun 25-dək olan müddətdə Trans-Balkan qaz kəməri ilə Türkiyəyə qaz tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 26% azalıb. İyulda tədarükün həcmi 35% enib. 


"Türk Axını" layihəsi

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol