• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyadakı sahibsiz torpaqlar - SİYAHI

Dünyadakı sahibsiz torpaqlar - SİYAHI
03.08.2015 20:16
Bu yerlər heç bir dövlətin ərazisinə aid deyil

Beynəlxalq hüquqda "terra nullius" termini işlədilir və bu da "kimsəyə aid olmayan torpaqlar" anlamını verir.

1. Antarktidanın qərbində yerləşən "Marie Byrd Land" adlanan və təxminən qonşu Türkiyə ərazisindən 2 dəfə böyük - 1.610.00 kv.km sahəsi olan yer heç bir dövlətin ərazisi kimi qeydə alınmayıb.

Bura bu əraziləri kəşf edən admiral Riçard E.Byrd-ın həyat yoldaşı Marie Byrd Land şərəfinə belə adlandırılıb. 1929-cu ildə buralar kəşf olunub. 

Amma 1939-cu ildə Franklin D.Ruzvelt bu əraziyə sahiblənmək üçün cəhdlər göstərmiş, hətta bu yerlər "ABŞ-a aiddir" deyə siyasi ixtişaş meydana gəlmişdi. Amma heç bir rəsmi qeydlərdə bu yerlərin ABŞ-a aid olduğunu göstərən sənəd yoxdur.

Daha sonra Çili, Argentina, Norveç, Avstraliya, Yeni Zellandiya da bu əraziyə sahiblənmək istəsələr də, cəhdləri boşa çıxmışdı



 
2. Sahibi olmayan ərazilərdən biri də belə adlanır: "Bir Tawil". Misir və Sudan sərhədində 2060 kvadrat kilometrlik bir yerdir. Bu yerlərə də hər iki ölkə özününküləşdirə bilmir. 

Səbəbi hər iki ölkənin də Qırmızı Dənizə çıxışı təmin edən daha böyük əraziyə - "Hala`ib Üçbucağı adlanan əraziyə sahib olmaqdır. Artıq uzun illərdir ki, böyük üçbucaq mənim olsun, balaca sənin olsun deyə mübarizə aparırlar.



3. Dünyada daha çox mübahisə doğuran yerlərdən biri də Spartly adalarıdır. Sakin Okeanın cənubunda yerləşən bu əraziyə 750 ada, yaxud adacıq daxildir. cəmi 4 kv.km-lik ərazisi olan xırda adalar ümumilikdə 450 min kv.km-lik dəniz sahəsinə yayılıb. Zəngin balıqçılıq təsərrüfatı inkişaf edib, hətta bəzi adalar neft və qaz buruqları ilə də məşhurdur.

Filippin, Çin, Tayvan, Vyetnam, Maleziya, Bruney kimi ölkələr bu adalara iddialıdır. Sadəcə Bruneydən başqa digər adları sadalanan ölkələrin hərbi birlikləri bu adalarda özlərinə yer edib. 




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol