• $
  • €
  • ₽
  • ₺
  • £

Ağcaqanad fabriki açıldı

Ağcaqanad fabriki açıldı
04.08.2015 17:21
Çin elm adamları denge qızdırması xəstəliyi ilə mübarizə çərçivəsində xəstəliyin yaranmasına səbəb olan dişi ağcaqanadları yox etmək üçün bakteriya daşıyıcısı olan erkək ağcaqanadlar yetişdirməyə başlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Çinin Quanqdonq əyalətindəki elmi parkda qurulan fabrik denge qızdırması ilə mübariəz üçün xüsusi bakteriya daşıyan erkək ağcaqanadlar yetişdirir.

Ölkənin cənubunda yerləşən bu fabrikdə həftədə təxminən 10 milyon erkək ağcaqanad "istehsal edir". Bu canlılara adətən böcəklərdə müşahidə edilən "wolbachia" bakteriyası inyeksiya edilir.

Daha sonra bakteriya daşıyan erkək ağcaqanadları 3 kilometrlik Şazay Adasında azadlığa buraxırlar. Fabrikdən çıxan erkək ağcaqanadlar dişi ağcaqanadlarla cütləşən zaman bakteriya onlara keçir və bu zaman onlarda qısıqlıq əmələ gəlir, nəsilvermə qabiliyyəti yoxa çıxır. 

Bu üsulla bölgədə ağcaqanadların sayının önəmli şəkildə azaldılması planlaşdırılır.

Sun Yat-sen Universitetinin mikrobiologiya institutunun elm adamı Şi Ciyonq ilk qrup erkək ağcaqanadların 12 mart tarixində adaya buraxıldığını açıqlayıb. Hazırda adada ağcaqanadların 90 faiz azaldığı müşahidə edilir.

"Ağcaqanad fakriki"ndə Çin və ABŞ universitetlərinin elm adamları birgə çalışırlar. 

Onu da qeyd edək ki, ötən il böyük bir hissəsi Quanqdonq əyalətindən olmaq şərtilə 46 min adama denge qızdırması diaqnozu qoyulub. Yoluxmaların 35 mininə əyalətin paytaxtı Quanqcou şəhərində rast gəlinib. 

Denge qızdırması yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir. Xəstəliyin kliniki mənzərəsi Filippində (1954-cü il) təsvir edilib.

Təbiətdə virusun rezervuarı meymunlar, dələlər, quşlardır. İnsandan insana Aedes cins ağcaqanadlar keçirir. Xəstəliyin ilk 3 günü ağcaqanad yoluxa bilir. Onlar insan və ya heyvan qanını sorandan 11-14 gün sonra 3 ay ərzində, yəni ömrünün axırına qədər virusu yoluxdurur. Xəstəliyə qarşı orqanizmin həssaslığı yüksəkdir. İmmunitet davamsızdır, virusun tiplərinə görə spesifikdir.

Ağcaqanadın dişlədiyi yerdə 3-5 gündən sonra yaranan ilk affektdə virus çoxalır və qana keçir. Virus kiçik damarları zədələyərək endoteli şişkinləşdirir, damarətrafı ödem və mononuklear infiltratlar əmələ gətirir. Qanın laxtalanması da pozulduğundan yayılmış hemorragiya, endo-perikarda, plevra və periton qişalarına, mədə-bağırsağın selikli qişasına, ağır hallarda baş beyinə qan sızır, daxili üzvlərdə degenerativ dəyişiklik yaranır.

Xəstəliyin gizli dövr 3-15 gündür. Xəstəlik qəflətən üşütmə, beldə, omalarda, fəqərələrdə ağrı və qızdırma ilə başlayır. Adinamiya, anoreksiya, ürəkbulanma, yuxusuzluqla yanaşı üz hiperemiyalaşır, ödemləşir, sklera kapilyarları genişlənir. Klassik DQ xoş gedişli olub yalnız 1% hallarda komaya keçə bilər. Xarakter əlamətləri kəskin atralgiya, mialgiya, əzələ rigidliyi nəticəsində yerişin pozulmasıdır.

Qızğın dövr 4-5 gün çəkir.Qan qusma, koma, şok, yayılmış sianoz və qıcolmalar pis proqnozun göstəriciləridir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol