• $
  • €
  • ₽
  • ₺
  • £

BBC Bakıdakı şortik aksiyasından yazır

BBC Bakıdakı şortik aksiyasından yazır
04.08.2015 14:59

Bazar günü Bakıda şortikə dəstək aksiyası dünya mediasının da diqqətini çəkib. BBC.com Oxu.az saytına istinadla bu xəbəri paylaşıb 

"Gənclər mühakimə olunmadan şortik geyinməyə dəstək aksiyası keçiriblər,” deyə xəbərdə bildirilir. Oxu.az saytı avqustun 2-də dənizkənarında keçirilmiş yürüşdən fotolar paylaşıb. Yürüşü Flashmob Azərbaycan qrupu facebook sosial şəbəkəsi vasitəsilə təşkil edib.

BBC xatırladır ki, bir neçə gün əvvəl bir müxalifət lideri ictimai yerlərdə şortik geyinən kişilərin təhqir olunmasına çağırıb. Xatırladaq ki, söhbət Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin verdiyi açıqlamadan gedir.

"Azərbaycanda yayın qızmar keçməsinə və ölkədə Qərb geyim stilinin normal sayılmasına baxmayaraq, şortiki çoxları pisləyir və bunu çimərlik geyimi sayır. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də tövsiyə edir ki, özəlliklə paytaxtdan kənarda şortik geyinmək xoş qarşılanmaya bilər,” BBC yazır.


BBC diqqəti Oxu.az saytının məqaləsinə gələn şərhlərə çəkir. Bəziləri şortiki mühafizəkar geyim kodeksinə əməl edən müsəlmanlara təhqir hesab edib. Ancaq böyük əksəriyyət gənclərin seçimini dəstəkləyir, Azərbaycanın dünyəvi ölkə olduğunu vurğulayır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol