• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə qaz borularını yeni texnologiyalar vasitəsilə qoruyacaq

Türkiyə qaz borularını yeni texnologiyalar vasitəsilə qoruyacaq
05.08.2015 19:13
Türkiyə qaz və neft boru xətlərinin diversiyalardan mühafizəsini qabaqcıl texnologiyalar tətbiq etməklə təmin edəcək. 

APA-nın məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız "Anadolu”ya müsahibəsində bildirib.

"Biz qabaqcıl texnologiyalardan istifadə etməklə boruların mühafizəsinin təmin olunması üzərində çalışırıq. Bu problem üzrə yol xəritəsi var və biz onu baş qərargahla birgə icra edirik. Ümid edirəm ki, borular  daha təhlükəsiz olacaq” deyə Taner Yıldız bildirib.   

Nazir əlavə edib ki, ötən həftə Kərkük-Ceyhan neft borusunda törədilmiş partlayış İraq hakimiyyətinin gəlirlərinin azalmasına səbəb olub. İraqdan yanacağın verilişi hələ də bərpa olmayıb.   

Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib. Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Nazir Taner Yıldız   kəmərdə partlayışın PKK-nın hücumu nəticəsində baş verdiyini bildirib.

Bundan əvvəl, iyulun 27-də isə Türkiyənin Ağrı əyalətində terrorçular qaz borusunu partladıb.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol