50 filin dişi müsadirə olundu - 262 kq

Üç nəfər Çin vətəndaşına aid 8 baqajda 262 kiloqram fildişi müsadirə olunub.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İsveçrənin Sürix aeroportunda müsadirə olunan fildişlərinin bazar dəyəri 413 min dollar təşkil edir.
İsveçrə Gömrük Komitəsi bununla bağlı bu gün rəsmi açıqlama verib. Açıqlamada qeyd olunur ki, 262 kq-lıq fildişi iyul ayının 6-da aeroport işçiləri tərəfindən aşkar olunub. Fildişlərini gömrükdən keçirməyin asan olması üçün onların xırda-xırda doğrandığı bildirilir.
Fildişinin idxalı bir çox dünya ölkələrində qadağa olunur. Onun daşınması qaçaqmalçılıq hesab olunur və elə də tez-tez rast gəlinən hal deyil. İsveçrə rəsmilərinin sözlərinə görə, qanunsuzluöa yol vermiş 3 Çin vətəndaşını ağır çəza gözləyir. 262 kg-lıq fil dişi təxminən 50 filə aiddir.
www.ann.az
























