• $
  • €
  • ₽
  • ₺
  • £

Obama: “İranla razılaşmaya əngəl törədilsə, raketləri Təl Əvivə tuşlanacaq”

Obama: “İranla razılaşmaya əngəl törədilsə, raketləri Təl Əvivə tuşlanacaq”
05.08.2015 19:03
"İranla nüvə sazişinə əngəl törədilsə, regionda gərginlik arta bilər. "Hizbullah” isə raketləri Təl Əvivə istiqamətləndirə bilər”.

APA-nın "Reuters”ə istinadən verdiyi xəbər görə, bunu ABŞ prezidenti Barak Obama Ağ evdə Yəhudi Milli Demokratik Şurasının liderləri ilə görüşü zamanı deyib.
 
Obama İranla "altılıq” ölkələri arasıda əldə edilmiş razılaşmanın iflasa uğrayacağı təqdirdə, dəhşətli fəsadların baş verə biləcəyini deyib. ABŞ prezidentinin sözlərinə görə, belə olan halda terrorizmə dəstək artacaq.
 
İsrail baş naziri Benyamin Netanyahu isə Amerika yəhudilərinə video müraciətində Obama administrasiyası tərəfindən irəli sürülən arqumentlərlə razılaşmadığını dilə gətirib. Onun sözlərinə görə, razılaşma İranın nüvə silahı əldə etmək planlarının qarşısını almaq üçün kifayət deyil.
 
"Mən müharibə istədiyim üçün yox, müharibənin qarşısını almaq istədiyim üçün bu razılaşmanın əleyhinəyəm. Bu razılaşma isə müharibəyə gətirib çıxaracaq”, - deyə Netanyahu əlavə edib.
 
Xatırladaq ki, bu ilin martında ABŞ Konqresində İranla nüvə razılaşmasının əleyhinə çıxış edən B. Netanyahu Ağ evin qəzəbinə tuş gəlib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol