İtkin təyyarə 1.6 il sonra tapıldı - Baş nazir təsdiq etdi

Maleziyanın baş naziri Necip Rezak Hind Okeanındakı Fransaya aid Reunion adasına tapılan qanad parçasının "MH370" marşrutlu itkin düşmüş "Malaysia" təyyarəsinə aid olduğunu açıqlayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünən keçirilən mətbuat konfransında baş nazir bunları deyib: "Çox böyük bir kədərlər beynəlxaq axtarış nəticəsində "MH370" marşrutlu itkin düşmüş "Malaysia" təyyarəsinin qanad hissəsinin tapıldığını elan edirəm".
Qəzaya uğramış təyyarənin qanad hissəsi keçən həftə Reunion adasında tapılıb və 1 il yarım bundan əvvəl itkin düşmüş təyyarəyə aid olub-olmamasını yoxlamaq üçün Fransaya göndərilmişdi.
Maleziya Hava Yollarına aid "MH370" marşrutlu "Boeing 777" tipli təyyarə Kuala Lumpur-Pekin xətti ilə 8 mart 2014-cü ildə havaya qalxmışdı. Təyyarədə 227 sərnişin və 12 nəfər ekipaj heyəti olub. Həmin vaxtdan indiyə qədər təyyarədən heç bir əlamət rastlaşmamışdı.
www.ann.az
























