Rusiya Suriya məsələsində ABŞ-la razılığa gəldi

Rusiya xarici işlər naziri Lavrov ABŞ-lı həmkarı Kerri ilə Suriyada istifadə olunan kimyəvi silah hücumlarının arxasında dayanan qüvvələrin aşkarlanması üçün BMT-nin hazırladığı qanun layihəsi ilə bağlı razılığa gəlinib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ xarici işlər naziri Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla dünən Malaziyada təkbətək görüş keçirib. Görüş zamanı Lavrov da Suriyada istifadə olunan kimyəvi silah işlədilməsi ilə bağlı BMT qərarını dəstəkləyəcəklərini bildirib. Kerri deyib: "Lavrov ilə BMT qərar ilə bağlı məsələni müzakirə etdik. Qısa zaman içərisində səsvermənin keçiriləcəyinə və qərarın icrasının başlanacağına ümid edirəm".
Bəzi ABŞ rəsmilərinin sözlərinə görə, haqqında danışılan qanun layihəsi avqustun 7-də səsverməyə çıxarılacaq. Rusiyanın BMT üzrə missiyasının sözçüsü Aleksey Zaytsev qanun layihəsi ilə bağlı çalışmaların bitdiyini deyib: "Sabaha qədər çatdıracağımıza ümid edirik".
İndiyə qədər Rusiya BMT-nin Suriya ilə bağlı qanun layihələrinin səsverməsində hər dəfə veto hüququndan istifadə edib.
Sabah müzakirəyə çıxarılacaq qanun layihəsi Suriyada kimyəvi silah işlədilməsinin arxasında kimlərin dayandığını araşdırmaq üçün heyətin yaradılmasını nəzərdə tutur. Həmin heyət 90 gün ərzində araşdırma apararaq BMT-yə hesabat verməlidir.
www.ann.az
























