• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş neft maqnatının atası saxlanıldı

Keçmiş neft maqnatının atası saxlanıldı
07.08.2015 10:56
Rusiyanın keçmiş neft maqnatı Mixayil Xodorkovskinin 82 yaşlı atası Moksvada dindirilməsi üçün İstintaq Komitəsinə gətirilib.

ANS PRESS-in məlumatına görə, keçmiş milyonçunun atası 1998-ci ildə Sibir merinin sui qəsdi ilə bağlı istintaq çərçivəsində müstəntiqlərin bir sıra suallarını cavablandırmalı olub.

Rəsmi Moskva iyun ayında, Nefteyuqansk şəhər meri Vladimir Petuxovun qətli ilə bağlı cinayət işini təkrar qaldırdığını və Xodorkovskinin adının əsas şübhəli şəxs qismində keçdiyini bəyan edib. Xodorkovski və onun həmkarları bu qətllə heç bir əlaqələrinin olmadığını bildirib.

Rusiyalı keçmiş maqnat vergidən yayınma və dövlət əmlakının talan edilməsi maddələri üzrə 10 ilə yaxın həbs cəzası çəkib. Qərbdə çoxları bu həbs müddətini Putin hökümətinə qarşı çıxdığına görə cəzalandırılması kimi qiymətləndirir.

Xodorkovski 2013-cü ildə həbsdən azad edilsə də, mühacir həyatı yaşadığı İsveçrədə də Putinə qarşı iradlarını açıq-aşkar ifadə etməyə davam edir. Atası Sergey Badamçin İstintaq Komitəsindəki dindirilmənin Mixayıl Xodorkovskiyə təzyiq göstərmək cəhdindən başqa şey olmadığını hesab edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol