• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd ərəb ölkəsi İranın nəzarətinə keçdi

Dörd ərəb ölkəsi İranın nəzarətinə keçdi
07.08.2015 13:51
Türkiyəni dinləmədiklərinə görə İran dörd ərəb ölkəsinin paytaxtına nəzarəti əlinə aldı.

Axar.az xəbər verir ki, bu sözləri "Star” qəzetindəki köşə yazısında türkiyəli yazar Ardan Zentürk yazıb. Onun sözlərinə görə, ABŞ-ın bölgədə İŞİD-i məhv etmək planları iflasa uğrayıb:

"Bəşər Əsəd öz xalqına qarşı silahdan istifadə edəndə, onun bir vəkalət savaşının oyuncağı olduğunu ilk biz hiss etdik. Havadan müdafiə sistemini ruslara, ordusunu isə iranlı generallara təslim edən bir azğın diktatorla qarşılaşdıq. ABŞ başda olmaqla Qərbdən olan müttəfiqlərin Əsədin sürətlə yıxılmasına izn verməmələri əsla bir sürpriz ola bilməz. Onlar ölkədəki vəkalət savaşının Suriyanı da İraq kimi bir çöküşə aparacağını və bu yolla İsrailin bölgədəki təhlükəsizliyini zəmanət altına alacaqlarını hesab edirdilər.

Belə də oldu. Türkiyəni dinləmədilər. Bu tarixi xəta dörd ərəb paytaxtının (Bağdad, Dəməşq, Beyrut, Səna) İranın nəzarətinə keçməsinə səbəb oldu. İran şiə siyasətilə dörd ərəb dövlətini nəzarəti altına alarkən, hər kəs Türkiyənin "sünni” siyasət həyata keçirdiyini söyləyirdi. Bölgə uyğulanan bu yanlış siyasət çərçivəsində sünni radikal partlayışını yaşadı. Ortaya İŞİD çıxdı. Türkiyə bu hadisəni 2013-cü ildə gördü və İŞİD-i terror siyahısına əlavə edərək, dünyanı xəbərdar etdi.

ABŞ İranın dəstəklədiyi şiə gücləri, özünün yaratdığı sünni tayfa qüvvələri və peşmərgə+YPG vasitəsilə bu bəlanın qarşısını ala biləcəyini düşündü. Lakin bu da iflas etdi. Bəs bundan sonra nə olacaq?

Türkiyə və ABŞ anti-İŞİD əməliyyatına yeni güclərlə birlikdə avqustun sonlarında başlayacaq. Bu, 90-cı illərdə birlikdə həyata keçirilən Kosova hərəkatından fərqli olmayacaq. Nəticədə Suriya Milli Şurası İŞİD-ə verdiyi əraziləri geri alıb, yenidən BƏƏS-lə üz-üzə qalacaq. Bundan başqa Rusiyanın da iştirakı ilə Bəşər və adamları mərkəzi Lazkiyada olan kiçik bir ərazidə yeni bir siyasi forma yaradacaqlar. İŞİD-in Suriyada bitirilməsi İraqın Mosul və Ənbar bölgələrinin azad olunmasına gətirib çıxacaq”. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol