• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya - Belə dövlətin adını nə qoyasan?

Rusiya - Belə dövlətin adını nə qoyasan?
07.08.2015 21:53
"Təəccüblü səslənə bilər, amma müasir Rusiyanın özünü formal olaraq "antifaşist" elan etmiş əhalisinin əksəriyyəti əslində faşistdir.

Faşizm və faşistlərə əks qütbdə dayanan isə demokratiya və demokratlardır”.

Bunu rusiyalı tarixçi Yuri Felştinski AzadlıqRadiosunun rus xidmətinin saytında dərc olunmuş "Qızıl röya” başlıqlı bloqunda yazır.

Daha sonra Felştinski fikrini belə əsaslandırır:

"Demokratiya barədə hər şey aydındır. "Demokratiya” yunan sözüdür, "xalq hakimiyyəti” anlamına gəlir. Odur ki, bu cür hakimiyyətlərin yaxşı və ya pis olmasını seçki sisteminin necəliyi səciyyələndirir. İdealda bu seçkilər tam azad, namizədin yaşı istisna olmaqla məhdudiyyətsiz keçirilməlidir. Hər kəs bu ideala çatmaq üçün çarpışır. Bəziləri ona yaxınlaşıb, bəzilərisə hələ də uzaqdadır. Dünyada diktaturaların sayı getdikcə azalır.

Bu gün Rusiya bizə tanış olan faşist dövlət quruluşu ilə idarə olunur. Problem hökumətdə deyil, daha doğrusu, yalnız hökumətdə deyil, həm də Rusiya əhalisindədir. Hökumətlə bağlı hər şey sadədir: Müasir Rusiyanı KQB/FSB (Rusiya Federal Təhlükəsizlik Xidməti) zabitlərindən ibarət xunta idarə edir.

Onlar yüksək dövlət, siyasi, idarəetmə, iqtisadi postları tutublar, iri özəl bizneslər, bank və şirkətlərin əsas hissəsi bu zabitlərə və ya onların adamlarına aiddir.

FSB–nin adamları demokratiyaya inanmırlar və ona çatmaq üçün çalışmırlar. Onlar gücə və diktaturaya inanırlar.

FSB xalqın azad seçkilərdə iştirakı və dövlətin bu yolla idarə olunmasına inanmır.

Bu məsələdə özünü dövlətçi hesab edən başqa bir funksioner qrupu onlarla razıdır. Aleksandr Voloşin və Anatoliy Çubays belələrindəndir.

Onlar dövlətin fərd üzərində üstünlüyünü müdafiə edirlər, hesab edirlər ki, dövlət maraqları naminə hər şey etmək məqbuldur, məqsədə gedən yolda bütün üsulların bəraəti var və güclü dövlət həmişə yaxşı, zəif dövlətsə həmişə pisdir.

Onlara görə, güclü dövlət qurmağın ən sadə və sürətli yolu bunu FSB-yə tapşırmaqdır.

Dövlətin fərd üzərində üstünlüyü və fərdin dövlət qarşısında heçliyi faşizmdir. Odur ki, müasir Rusiya dövlətçiləri faşistdirlər”.

Daha sonra tarixçi Rusiyada müasir məmurların durumunu analiz edir və bildirir ki,onlar əsasən Putini dəstəkləyirlər və buna çoxlu əsasları var, çünki hər şeydən əvvəl məmur dövlət qulluqçusudur, dövlətdən asılıdır, odur ki, dövlətçidir: 

"Bu gün Rusiyada məmur olmaq ən gəlirli peşədir. Kimi rüşvət götürür, vasitəçilik edib pul alır, kimisi dövlət işindən biznes maraqları üçün istifadə edir. Kimisi də bu metodların üçündən də istifadə edir, ya da iri biznesləri ailə üzvlərinə tapşırır. Azad seçkilər və xalqın onun işi üzərindəki nəzarəti məmuru ən axırıncı maraqlandıran məsələdir. Bu mənada bütün rus məmur aparatı faşistdir. Putinin məmurların daşınmaz əmlak məlumatlarını gizli elan etməsi bürokratları qane edir. 

Belə forma FSB –ni də qane edir, çünki xoşagəlməz və ipə-sapa yatmayan adamların şantaj edilməsi üçün şərait yaranır. Odur ki, Rusiya dövlət aparatında belələri yoxdur.

Rusiya məmurları susqun halda Putini və FSB ni dəstəkləyirlər”.

Müəllif yazır ki, Rusiyada özəl biznes azad bazar qaydalarından fərqlənir. Əgər azad bazarın üzərinə düşən vəzifə monopoliyanın qarşısını almaqdırsa, Rusiyada əksinə, məqsəd monopoliyaya nail olmaq və yüksək gəlir əldə etməkdir.

Bəzi biznesmenlər dövləti dəstəkləməklə özlərinə arxa-dalda qazanırlar. Dövlətin və iri biznesin birləşməsi faşist rejiminin klassik elementidir.

Müəllif yazır ki, rusların yalnız 13 faizi Haaqa Məhkəməsinin YUKOS –la bağlı qərarını ədalətli saydı və hakimiyyətdən qərarın icrasını tələb etdi:

"Gəlin bu nəticəni son rəy sorğusunun nəticəsi ilə müqayisə edək: rusların 87 faizi indiki prezident Putinin siyasətini dəstəkləyir (amma bu, şişirdilmiş rəqəm də ola bilər). Bizim qarşımızda demokratların və digərlərinin faiz nisbəti və mövcud mənzərə açırlır”.

Müəllif yazır ki, Rusiya dövlətçiləri insanları rusların başqa xalqlardan daha üstün olduğuna inandırmağa çalışırlar:

"Faşizmin gücü həmişə öz xalqının seçilmiş və başqa xalqlardan üstün olması ilə şərtlənib. Faşizmin zəifliyi özünü izolə etməsi, özünə qapanması, beynəlxalq aləmin tərkib hissəsi saymaması olub. Razılaşın ki, çoxmillətli icmanı onun ali irq olmasına, başqa insanlar üzərində dominantlıq hüququnun olmasına inandırmaq asan deyil”.

Yuri Felştinskinin çıxardığı nəticə budur ki, Yeltsinin rəhbərliyi altında keçən doqquz il istisna olmaqla Rusiyada demokratiya heç vaxt olmayıb və tarixin hazırkı dönəmində Rusiya başını tamamilə itirib faşizmə meyllənir, demokratlar isə azlıqda qalıblar.

Müəllif tarixi yada salır:

"Bilirik ki, faşizmlə ancaq güc yolu ilə danışmaq lazımdır, çünki belə ölkələrdə nə hakimiyyəti əldə saxlayan adamlar, nə də onların beynini yuduğu xalq özü dayandığı müharibəli yoldan çəkinmək iqtidarında deyil və onlar sona qədər özlərinə bu yolun hər kəsdən əvvəl özləri üçün necə fəlakətli və təhlükəli olması barədə hesabat vermirlər. Rusiya nə qədər tez anlasa ki, o, böyük deyil, adi xalqı olan adi bir dövlətdir, onunçün "qızıl röya”dan ayılmaq daha asan başa gələcək”.

(Azadliq.org)

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol