• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəz Elçibəy Turqut Özala nəyi irad tutub? – TARİX

Əbülfəz Elçibəy Turqut Özala nəyi irad tutub? – TARİX
28.05.2020 19:46
1990-cı il yanvar hadisələrindən bir müddət sonra Azərbaycan Milli Azadlıq  Hərəkatının lideri və gələcək prezident  Əbülfəz  Elçibəy Türkiyə telekanallarının birinə verdiyi müsahibəsində maraqlı məqamlara toxunur.

O zamankı dövlət başçısı Turqut Özal və Türkiyə hökümətinin 20 yanvar hadisələrinə münasibəti, eləcə də türk ictimaiyyəti və mediasının  bu məsələyə necə reaksiya göstərməsi  barədə fikirlərini səsləndirir. Bu fikirlərdə özünə yaxın dost hesab etdiyi cumhurbaşqanı Turqut Özala da kiçik bir irad bildirilir.

Modern.az 1990-cı ilin qışında Türkiyə telekanalına verilən açıqlamasından kiçik bir epizodu təqdim edir:

Əbülfəz Elçibəy "yanvar hadisələrinə Türkiyənin  münasibəti haqqında nə deyə bilərsiz” sualına bu cür cavab verir:  
"Türkiyə ictimaiyyətinin də Bakıdakı   yanvar hadisələri ilə  əlaqədar nümayişlər, mitinqlər keçirməsi bizə mənəvi dayaqdır. Xarici işlər nazirinin  bəyanatı çox gözəl idi, amma Turqut Özalın o cür çıxışı  (sünni-şiə məsələsi)  və "biz buna qatışmırıq” deməsi çox qəzəb doğurdu. Mən bunu başa düşmədim. Atatarük demişkən, biz əvvəl türkük sonra müsəlmanıq.

"Müxbir daha sonra Elçibəydən Turqut Özal haqqında fikirlərini bir az dəqiq ifadə etməsini xahiş edir. Elçibəyin isə cavabı belə olur:   "Sayın Özal bir qədər tələsib, yəni, məsələnin kökünü araşdırmayıb. Avropa Türkiyəyə qarşı çıxmasın deyə o cür söyləyib ki, birdən türklər haqqında pis fikirləşərlər.  Fikirləşib ki, Avropa bu hadisələrlə bağlı necə düşünür. Bu düzgün yanaşma deyil. Turqut Özal və türk hökuməti Azərbaycan haqqında çox az bilir”. Elçibəy daha sonra Türkiyə mətbuatı barəsində də fikirlərini açıq şəkildə bildirir:   

"Türk mətbuatı Azərbaycan haqqında heç nə bilmir. Moskvada bir təyyara vurulubsa türk qəzetləri o saat yazır ki, dünya dağılır. Amma Azərbaycanda dünya dağılır, siz isə bu haqda iki cümlə yazırsınız. Bu necə olur əfəndim?! İki ildir ki, 200 minə yaxın Azərbaycan türkü torpaqlarından qovulub. Bir qardaş da qardaşının qovulmasını, evlərinin dağılmasını və yandırılmasını son iki ayda bilər? "  

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Xəbər ANı: Kitab Davası davam edir...
Anews 11:31
Xəbər ANı: Kitab Davası davam edir...
Mirqafar Seyidov qəfil yoxlamalarını davam etdirir
Qaynari.nfo 11:26
Mirqafar Seyidov qəfil yoxlamalarını davam etdirir
QƏFİL SUAL: İşə düzəlmək üçün ali təhsil vacibdirmi? - ANN.TV
Anews 11:25
QƏFİL SUAL: İşə düzəlmək üçün ali təhsil vacibdirmi? - ANN.TV
Bakıda avtoxuliqan polisi vurdu
Qaynari.nfo 11:12
Bakıda avtoxuliqan polisi vurdu
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Dünya 10:33
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Dünya 10:19
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
BİZİM QONAQ: Arif Əliyev: "Əgər Zərdabi dirilib gəlsəydi, heç bir dəyişiklik hiss etməzdi"
Anews 09:33
BİZİM QONAQ: Arif Əliyev: "Əgər Zərdabi dirilib gəlsəydi, heç bir dəyişiklik hiss etməzdi"
Toyda oynadığı yerdə qızı qaçırdılar - VİDEO
Dünya 09:31
Toyda oynadığı yerdə qızı qaçırdılar - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol