• $
  • €
  • ₽
  • ₺
  • £

Atası intihar edən oğul özünü partlatdı

Atası intihar edən oğul özünü partlatdı
21.12.2014 10:00
35 yaşlı Zaqatala şəhər sakini intihar edib.  Zaqatala Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə dekabrın 20-dən 21-ə keçən gecə baş verib.  Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi 47 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Renad Həsəncuma oğlu Muradov kustar üsulla düzəltdiyi partlayıcını alın nahiyəsinə dirəyərək partladıb.

Alın nahiyəsindən ağır xəsarət alan R. Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

R. Muradov dekabrın 21-də saat 04 radələrində xəstəxanada ölüb.

Məlumata görə, narkotik vasitələrin aludəçisi olan və tüfeyli həyat tərzi keçirən R. Muradov bir neçə gün əvvəl də özünə qəsd etmək məqsədilə kəsici alətlə qarın nahiyəsinə xəsarət yetirib. 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, R. Muradovun atası, ikinci qrup əlil olan Həsəncuma Muradov da bu ilin mart ayının 16-da bədəninə sarıdığı elektrik naqilinin ucunu cərəyana birləşdirərək intihar etmişdi.
 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Xəbər ANı: Kitab Davası davam edir...
Anews 11:31
Xəbər ANı: Kitab Davası davam edir...
Mirqafar Seyidov qəfil yoxlamalarını davam etdirir
Qaynari.nfo 11:26
Mirqafar Seyidov qəfil yoxlamalarını davam etdirir
QƏFİL SUAL: İşə düzəlmək üçün ali təhsil vacibdirmi? - ANN.TV
Anews 11:25
QƏFİL SUAL: İşə düzəlmək üçün ali təhsil vacibdirmi? - ANN.TV
Bakıda avtoxuliqan polisi vurdu
Qaynari.nfo 11:12
Bakıda avtoxuliqan polisi vurdu
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Dünya 10:33
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Dünya 10:19
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
BİZİM QONAQ: Arif Əliyev: "Əgər Zərdabi dirilib gəlsəydi, heç bir dəyişiklik hiss etməzdi"
Anews 09:33
BİZİM QONAQ: Arif Əliyev: "Əgər Zərdabi dirilib gəlsəydi, heç bir dəyişiklik hiss etməzdi"
Toyda oynadığı yerdə qızı qaçırdılar - VİDEO
Dünya 09:31
Toyda oynadığı yerdə qızı qaçırdılar - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol