Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlandı, bir nəfər ölüb

Azərbaycan
Respublikasında 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı
qeydə alınmış, bir nəfər vəfat etmiş, 58 nəfər müalicə olunaraq sağalmış və evə
buraxılmışdır
.
Koronavirus
(COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü, ağ ciyər ödəmi və tənəffüs çatışmazlığı
olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya
tədbirləri nəticə verməmişdir.
Hazırkı dövrədək
ölkəmizdə 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən
edilmiş, onlardan 159 nəfəri müalicə olunaraq sağalmış, 10 nəfər vəfat etmiş,
822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin
şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır
qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
www.anews.az
























