• $
  • €
  • ₽
  • ₺
  • £

Aprelin 20-də karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA

Aprelin 20-də karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA
13.04.2020 15:26
Dünən Azərbaycanda koronavirusa yoluxanların sayı 40, sağalanların sayı 50 nəfər olub. Ümumilikdə son bir neçə gündə ölkə ərazisində koronavirusa yoluxanların sayı azalmağa doğru gedir. Əgər yoluxma sayı aprelin 20-nə kimi azalma tendensiyası ilə davam etsə, ölkə ərazisində karantin rejimi ləğv edilə bilərmi?


Bununla bağlı sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejimi ilə bütün qərarları Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah verəcək: 


"Karantin rejim elədir ki, onun haqqında hər kəsin subyektiv fikir söyləməsi doğru deyil. Operativ Qərargah dünyada gedən prosesləri və Azərbaycanda pandemiyanın meyilllərini müəyyən edərək qərar verəcək. İki gündür ki, yoluxma sayınsa azalma var. Bu bizi çox sevindirir. Bu həftə ərzində enmələr davam edərsə təbii ki, yaxın zamanda karantin rejiminin daha yüngüləşdirilmiş formasına keçərik. Düşünmürəm ki, birdən-birə biz karantin rejimindən imtina etməliyik. Karantin rejimindən tam imtina yox, bir az yüngülləşməsindən söhbət gedə bilər. Koronavirus pandemiyasının belə bir xüsusiyyəti var ki, bir həftə içində azalma olsa da, digər həftədə artım ola bilər. Düşünürəm ki, 14 günlük deyil, 28 günlük müddəti gözləmək lazımdır. Elə yoluxan insanlar var ki, inkubasiya dövrü ləng gedə bilər. Daha sonrakı mərhələlərdə aşkar oluna bilər. Ona görə də düşünmürəm ki, aprelin 20-də biz karantin rejimindən tam imtina edə bilərik. Hər halda bu azalma davam etsə, karantin rejiminin bölgələr üzrə müəyyən şərtlərini yüngülləşdirmək olar. Mayın əvvəllərinə qədər biz hələ də karantin rejimini davam etdirməliyik".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
17:45
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya 10:58
Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
14:57
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
İqtisadiyyat 13:41
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Dünya 16:12
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
16:46
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Cəmiyyət 12:59
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
Cəmiyyət 18:52
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Cəmiyyət 17:08
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol