• $
  • €
  • ₽
  • ₺
  • £

Daha iki azərbaycanlı koronavirusa yoluxdu

Daha iki azərbaycanlı koronavirusa yoluxdu
14.04.2020 16:15
Almaniyanın Bavariya əyalətindəki qaçqın düşərgələrində koronavirusa görə sığınacaq axtaranlardan götürülən test nümunələrindən 6-sı pozitiv çıxıb.
 
Pravda.az-ın xəbərinə görə, onların ikisi 2015-ci ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən azərbaycanlı ailənin üzvləridir. Koronavirusa yoluxan şəxslər Münhen şəhərində yerləşən hospitala yerləşdiriliblər.
 
33 mindən çox insanın koronavirusa yoluxduğu, 834 nəfərin həyatını itirdiyi Almaniyanın Bavariya əyalətində qaçqın düşərgələrinin köçürülməsi müzakirə olunur. Ötən gün aralarında Azərbaycandan olan sığınacaq axtaranların da olduğu qaçqın düşərgələri və deportasiya mərkəzlərini ziyarət edən həkimlərdən ibarət xüsusi qrupun hazırladığı hesabatda yaşayış yerlərində sıxlıq, çox yataqlı otaqlar, tualet, duş və mətbəxdən ortaq istifadəyə görə koronavirusa yoluxma riskinin yüksək olduğu bildirilib, qaçqınların kiçik yaşayış məntəqələrinə yerləşdirilməsi tövsiyyə olunub.
 
Bavariya əyalət hökuməti isə düşərgə və deportasiya mərkəzlərindəki ailələrin Münhen şəhəri yaxınlığındakı keçmiş radio zavodun yataqxanasına köçürmək istəyir. Bu məqsədlə artıq sözügedən ərazidə ailələrin qalması üçün şəraitin yaxşılaşdırılması ilə bağlı layihə hazırlanıb.
 
Düşərgə və deportasiya mərkəzlərinin olduğu və 30 min insanın yaşadığı Yuxarı Bavariyada Pasxa bayramından sonra daha 104 nəfər koronavirusa yoluxub. Əyalət boyunca tətbiq olunan komendat saatının isə aprelin 19-dan sonra uzadılması gözlənilir.Report

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
17:45
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya 10:58
Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
14:57
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
İqtisadiyyat 13:41
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Dünya 16:12
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
16:46
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Cəmiyyət 12:59
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
Cəmiyyət 18:52
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Cəmiyyət 17:08
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol