Azərbaycanda yeni laboratoriyalar istifadəyə veriləcək

Bu həftənin sonuna qədər Şəkidə, gələn həftədən isə Sumqayıtda PCR aparatlarla təmin edilmiş yeni laboratoriyalar istifadəyə veriləcək", bunu
www.anews.az
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O, bildirib ki, virusun ölkədə hansı genotipinin müəyyənləşdirilməsi üzərində də iş aparılır. Bu işə Dövlət proqramı çərçivəsində xaricdə oxumuş mütəxəssislər də çəlb edilib.
"Bu virusun hansı tipinin Azərbaycanda yayılması olduqca vacibdir. Biz bu istiqamətdə ciddi işləyirik. Naxçıvan MR və Gəncə şəhərində də PCR aparatlarla təchiz edilmiş laboratoriyalar yaradılıb", - deyə Bayramlı bildirib.
www.anews.az
























