Türkiyədə bu qadağalar götürülür - Ərdoğan

Türkiyədə karantin rejiminin mərhələli şəkildə yumşaldılması planlarına uyğun olaraq bu gecədən etibarən 7 əyalət arasında gediş-gəliş bərpa olunacaq.
Bundan başqa, bərbərxanalar, gözəllik salonları mayın 11-dən etibarən fəaliyyətə başlayacaq. Alış-veriş mərkəzləri də mayın 11-dən müştərilərə xidmət göstərəcək.
Həmçinin, maskaların bazarlarda satışına da məhdudiyyət qoyulmayacaq.
Hərbi xidmətdən tərxis olunma mayın 31-də gerçəkləşəcək. Epidemiya xəstəxanalarının sayı iyunun 1-dən etibarən azaldılaraq həmin qurumların normal fəaliyyətinə şərait yaradılacaq.
www.anews.az
"Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib. Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğla şəhərləri arasındakı gediş-gəliş məhdudiyyəti aradan götürüləcək. Digər 24 əyalətdəki məhdudiyyət isə 15 gün daha uzadılıb.