• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn həftədən Bakıya giriş-çıxış bərpa edilir? – RƏSMİ AÇIQLAMA

Gələn həftədən Bakıya giriş-çıxış bərpa edilir? – RƏSMİ AÇIQLAMA
29.05.2020 12:27
"Azərbaycan Dəmir Yolları" QSC beynəlxalq və ölkədaxili sərnişin daşıma fəaliyyətini bərpa etməyə hazır vəziyyətdədir,  bunu "Azərbaycan Dəmir Yolları" QSC Natəvan Bayramova bildirib.
 
Onun sözlərinə görə, ancaq "Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırdığından , məhz Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq  bərpa edəcək.
 
"Lakin buna baxmayaraq "Azərbaycan Dəmir Yolları" QSC bu müddət ərzində qatarların, xətlərin , yolların xidmətə hazır  vəziyyətdə olması  üçün müvafiq  texniki işləri həyata keçirməkdədir. Odur ki, qərar olan kimi biz fəaliyyətə başlayacağıq. Hesab edirəm ki, iyunun 1-dən sonra yumşaldılma prosesi davam edərsə və pandemiya ilə bağlı durum imkan verərsə  beynəlxalq və ölkədaxili sərnişin daşımaya da icazə verilə bilər. Bir daha qeyd edirəm ki, bu  Nazirlər Kabinetinin qərarından asılıdır”- N.Bayramova bildirib.

Bununla belə o əlavə edib ki, bütün sahələrə olduğu kimi pandemiya Dəmir yollarının fəaliyyətinə, xüsusi ilə sərnişin daşımaya təsirsiz ötüşməyib: "Düzdü  yükdaşımalarımız fasiləsiz şəkildə davam edir. Sərnişin daşımalarının isə sayı təbii olaraq azalıb.
 
"Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırıldığından, yalnız Abşeron Dairəvi Dəmir Yolu xətti üzrə məhdud sayda qatar  işləyir. Statistik göstəricilərə gəlincə, bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşımışıq, 430 mindən çox. Yanvarda sərnişinlərimizin sayı 400 minin üzərində olub, bu rəqəmlər martda təxminən 2 dəfə azalıb, apreldə isə haradasa 30 minin üzərində sərnişin daşıya bilmişik.
 
Məlumat üçün bildirim ki, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra sərnişin sıxlığının artdığını nəzərə alaraq, xəttə daha 2 qatar buraxılıb. Mayın 18-dən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar yenidən sərnişin sayında artım olduğunu müşahidə etdik. Ona görə də martın 20-dən həmin marşrut üzrə xəttə daha 2 qatar  əlavə edilib”.Ölkə.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
17:45
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya 10:58
Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
14:57
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
İqtisadiyyat 13:41
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Dünya 16:12
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
16:46
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Cəmiyyət 12:59
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
Cəmiyyət 18:52
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Cəmiyyət 17:08
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol