Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlandı - SON DƏQİQƏ

Azərbaycan
Respublikasında 191 yeni koronavirus
infeksiyasına yoluxma faktı qeydə alınmış, 125 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Ötən müddət ərzində yeni
yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284.669 test aparılmışdır.
www.anews.az
COVID-19 üçün götürülən analiz
nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat
etmişdir.
Hazırkı dövrədək
ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına
yoluxması faktı müəyyən edilmiş, onlardan 3022 nəfər müalicə olunaraq sağalmış, 56 nəfər vəfat etmiş, 1681 nəfərin xüsusi rejimli
xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır
qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
www.anews.az
























