• $
  • €
  • ₽
  • ₺
  • £

"Koronavirus zəifləyib və əvvəlki qədər ölümcül deyil” - Məşhur həkim

"Koronavirus zəifləyib və əvvəlki qədər ölümcül deyil” - Məşhur həkim
22.06.2020 17:34
Yoluxucu xəstəliklər üzrə italiyalı professor Matteo Bassetti koronavirusun keçirdiyi mutasiyalar səbəbindən zəiflədiyini və ölümcül təsirinin azaldığını açıqlayıb.

Mütəxəssis bu gedişlə peyvəndə ehtiyac olmadan virusun tədricən yox olacağını qeyd edib. O, bunu İtaliyada son vaxtlar müşahidə olunan koronavirus xəstələrinin vəziyyəti ilə əsaslandırıb.

Bassettinin sözlərinə görə, hazırda İtaliyada insanlar xəstəliyi nisbətən daha yüngül keçirir və əvvəlki qədər yüksək dozalarda yoluxmalar müşahidə olunmur. Onun fikrincə, buna səbəb bir neçə faktor ola bilər: Virusun genetik mutasiya ilə daha az ölümcül olması, sosial məsafə qaydaları və sağalmış xəstələrin sahib olduğu immunitet.

"80 və 90 yaşlı pasiyentlər belə yataqda sərbəst şəkildə hərəkət edir və nəfəs ala bilirlər. Eyni xəstələr bir ay əvvəl yoluxsaydılar, öləcəkdilər”,- deyə Bassetti bildirib. O qeyd edib ki, virus xüsusilə ağciyərlərə daha az zərər verən genetik mutasiyaya uğrayıb.

Ancaq dünya üzrə bir sıra digər mütəxəssislər virusun zəiflədiyinə dair iddiaların şübhəli olduğu və buna dair heç bir sübutun mövcud olmadığı qənaətindədirlər.(Qafqazinfo)




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
17:45
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya 10:58
Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
14:57
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
İqtisadiyyat 13:41
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Dünya 16:12
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
16:46
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Cəmiyyət 12:59
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
Cəmiyyət 18:52
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Cəmiyyət 17:08
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol