• $
  • €
  • ₽
  • ₺
  • £

Evdə müalicə olunan koronavirus xəstələri üçün QAYDALAR açıqlanıb

Evdə müalicə olunan koronavirus xəstələri üçün QAYDALAR açıqlanıb
27.06.2020 11:33
Evdə müalicəyə cəlb olunan koronavirus xəstələrindən alınan iltizam sənədinin forması açıqlanıb.

Anews.az xəbər verir ki, "Evdə müşahidə edilməyə dair iltizam” sənədi şəxsdən analiz götürülən müddətdən etibarən imzalanır.
Sənəd analiz nümunəsi götürülən zaman 2 nüsxədə doldurulur. Sənəddə müşahidə olunan şəxsə aid bəzi məlumatlar qeyd olunur. 

Evdə müşahidə edilməyə dair iltizam sənədində qaydalar da müəyyənləşib. Qeyd olunub ki, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Tibb işçisinin müraciəti zamanı dürüst məlumatları verməklə, həkim məsləhətlərinə ciddi riayət edilməlidir. 

Mobil tətbiq mütləq qaydada yüklənilməlidir. Tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə/sahə həkiminə müraciət edilməlidir. 
Mobil tətbiqin aktiv olması, təyin olunan vaxt müddətində elektron məruzələrin göndərilməsi və s. bundan irəli gələn məsələlərin icrası mütləqdir. Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir. Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. Təqdim edilən təlimatın digər müddəalarına riayət edilməlidir.

Qeyd olunub ki, sənəd iki halda - şəxsin laborator testin nəticəsi "neqativ” olduqda və həkim qərarı ilə şəxsin müalicə üçün xüsusi rejimli xəstəxanaya keçirildiyi vaxtdan etibarən qüvvədən düşür. 

Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
17:45
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya 10:58
Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
14:57
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
İqtisadiyyat 13:41
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Dünya 16:12
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
16:46
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Cəmiyyət 12:59
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
Cəmiyyət 18:52
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Cəmiyyət 17:08
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol