• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB-dən vaksinlə bağlı ŞAD XƏBƏR

TƏBİB-dən vaksinlə bağlı  ŞAD XƏBƏR
15.01.2021 12:54
COVİD-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək.

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində, ABŞ-da, Rusiyada, Çində istehsal olunan vaksinlərin effektivliyi çox yüksək qiymətləndirilir. Çünki bu namizəd vaksinlərin əksəriyyətinin effektivliyi 90 faizdən çoxdur:

"Çində hazırlanan "Sinovac” vaksininin 3-cü faza təhlükəsizlik sınaqları Türkiyədə də həyata keçirildi. Orada da onun effektivliyinin 91-92 faiz olduğu aşkar olundu. Bu, çox yüksək göstəricidir.

Bu, o deməkdir ki, biz bu vaksini 100 nəfər üçün istifadə etsək, onların 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyi yüngül keçirə bilər”.

A.Qurbanov əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə görə, bir vaksin insanı virusdan 50 faizdən çox qoruyursa, o, effektiv sayılır.

TƏBİB rəsmisi qeyd edib ki, istifadə edilən vaksinlər minimal yan təsirlərə malikdirlər.

Onun sözlərinə görə, dünyada istifadə edilən digər vaksinlərdə də belə hal özünü göstərir.

Xatırladaq ki, dünən canlı yayımda Türkiyə Prezidenti R.T.Ərdoğana Çinin "Sinovac” şirkətinin istehsalı olan "CoronaVac” vaksini vurulub. Türkiyədə vaksinasiya prosesində Çinin "Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış "CoronaVac” inaktiv peyvəndindən istifadə olunur.

Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac” vaksininin tətbiqinə icazə verib.

Türkiyə dövlət başçısına Çinin "Sinovac” şirkətinin istehsalı olan "CoronaVac” vaksini vurulub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
17:45
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya 10:58
Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
14:57
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
İqtisadiyyat 13:41
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Dünya 16:12
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
16:46
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Cəmiyyət 12:59
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
Cəmiyyət 18:52
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Cəmiyyət 17:08
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol