• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana "Pfizer/BioNTech" peyvəndi də gətiriləcək - RƏSMİ

Azərbaycana "Pfizer/BioNTech" peyvəndi də gətiriləcək - RƏSMİ
27.01.2021 15:12
"Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkil etdiyi COVAX platformasına  üzv olub və COVAX-dan Azərbaycana peyvəndlər gətiriləcək”.

Anews.az xəbər verir ki, bunu apa-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndiliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, fərqli peyvəndlərin də gətirilməsi müzakirə mövzusudur: "Müəyyən miqdar Pfizer/BioNTech peyvəndi də gətiriləcək. Hazırda isə Azərbaycanda Sinovac peyvəndi tətbiq olunur. Azərbaycan da digər ölkələr kimi mümkün olduğu qədər çox peyvəndi qısa vaxtda ölkəyə gətirib tətbiq etmək istəyir. Bunun üçün işlər davam edir”.

H. Harmancı qeyd edib ki, indiyə qədər ölkələrdə aparılan araşdırmalar zamanı peyvəndlə bağlı hər hansı ciddi yan təsir aşkarlanmayıb: "Amma yenə də izləmək, diqqət etmək lazımdır. Çünki klinik sınaqlar daha az sayda insan üzərində həyata keçirilir. Üçüncü faza sınaqlar 10 minlərlə insan üzərində yoxlanılır. 10 milyonlarla insan üzərində sınaqlar aparıldığı zaman daha fərqli nəticələr ortaya çıxa biləcəyi üçün daha diqqətlə izləmək lazımdır. İndiyə qədər hər hansı təhlükəli, ciddi, ağır yan təsirə rast gəlinməyib”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
17:45
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya 10:58
Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
14:57
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
İqtisadiyyat 13:41
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Dünya 16:12
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
16:46
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Cəmiyyət 12:59
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
Cəmiyyət 18:52
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Cəmiyyət 17:08
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol