• $
  • €
  • ₽
  • ₺
  • £

Peyvənddən sonra iflic və ölüm iddiaları ilə bağlı - Açıqlama

Peyvənddən sonra iflic və ölüm iddiaları ilə bağlı - Açıqlama
09.03.2021 12:12
Son günlər sosial şəbəkələrdə koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvənd olunan şəxslər arasında kənar təsirlər, hətta ölüm hallarının olması ilə bağlı məlumatlar yayılıb. Yaxınlarının "CoronaVac” peyvəndindən sonra halının pisləşdiyini, iflic olduğunu, hətta vəfat etdiyini iddia edən şəxslər var.

TƏBİB-dən bildirilib ki, regionlarda peyvəndlənən şəxslər arasında vaksinin əks təsiri ilə bağlı hər hansı məlumat daxil olmayıb.

Paytaxt üzrə peyvəndlənmə prosesini təşkil edən Səhiyyə Nazirliyi də həmin məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb:

"Son günlər sosial şəbəkələrdə koronavirusa qarşı peyvənd edilən vətəndaşların iflic olması, hətta ölməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və keçirilən peyvənd kampaniyasına qarşı atılan addımdır”. 

Nazirlikdən həmçinin bildirilib ki, təkcə "COVID-19”a qarşı vaksin yox, bütün vaksinlər vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısamüddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır: "Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Nəzərinizə çatdırırıq ki, bu zamana qədər hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq”.

Qeyd edək ki, ölkə əhalisinin "COVID-19” əleyhinə peyvəndlənməsinə bu il yanvar ayının 18-dən etibarən başlanılıb. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407,979 nəfər peyvəndlənmə prosesində iştirak edib. (qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
17:45
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya 10:58
Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
14:57
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
İqtisadiyyat 13:41
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Dünya 16:12
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
16:46
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Cəmiyyət 12:59
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
Cəmiyyət 18:52
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Cəmiyyət 17:08
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol