• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda Hindistan ştammı var” - Professor

“Azərbaycanda Hindistan ştammı var” - Professor
03.07.2021 10:49
Rəsmi məlumat yoxdur, amma hesab edirəm ki, faktiki olaraq Azərbaycanda Hindistan ştammı (Delta ştammı) var. Virus gözəgörünməzdir, gömrükdən keçmək kimi xüsusiyyətləri var".


Qaynarinfo xəbər verir ki, bu sözləri Teleqraf.com-a tibb professoru Ədalət Rüstəm deyib. Onun sözlərinə görə, Hindistan ştammı daha təhlükəlidir: 






"Yoluxuculuq qabiliyyəti ən azı 2 dəfə yüksəkdir. Delta ştammının uşaqlara yoluxması ilə bağlı elmi araşdırmaları hələ ki, yoxdur. Yeni ştammdır, nəticələr məlum deyil. Vaxtsız olduğu üçün tədqiqatlar aparılmayıb".


Vaksin Delta ştammı üçün effektli olacağını bildirdirən professor üçüncü doza ilə bağlı danışmağın tez olduğunu deyib:


"Hələ birinci doza vaksinasiya bitməyib. Birincisini bitirə bilmədiyimiz halda üçüncü doza haqqında fikirləşmək düzgün deyil. Əhalinin cəmi 15 faizi peyvənd olunub. Kimlərdə ki, immunitet zəifdir, 6 ay, bir il sonra müayinə olunduqdan sonra üçüncü doza vaksin vurula bilər. Onların immuqlobin göstəricisi nəzarət altında olmalıdır".


Ədalət Rüstəm "Sərt karantin rejimi ilə bağlı gözləntiniz varmı" sualına belə cavab verib: 


"Situasiyanın gedişindən asılıdır. Karantin rejimi qalıb, ləğv olunmayıb. Yoluxma halları artarsa, yenidən sərtləşmələr ola bilər".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
17:45
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya 10:58
Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
14:57
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
İqtisadiyyat 13:41
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Dünya 16:12
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
16:46
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Cəmiyyət 12:59
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
Cəmiyyət 18:52
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Cəmiyyət 17:08
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol