• $
  • €
  • ₽
  • ₺
  • £

Kral oğlunu Uels şahzadəsi elan edib

Kral oğlunu Uels şahzadəsi elan edib
09.09.2022 23:24
Britaniya kralı III Çarlz böyük oğlu Uilyama Uels şahzadəsi titulu verib. Bu barədə BBC məlumat yayıb.

Uilyamın həyat yoldaşı Keyt Midlton  da Uels şahzadəsi  elan olunub.  

Şahzadə Uilyam Kral III Çarlz və Uels şahzadəsi Diananın böyük oğludur. İndi o, Britaniya taxt-tacına birinci namizəddir. 

Anası vəfat edəndə onun 15 yaşı olub.  O, Şotlandiyanın Sent-Endryus Universitetinə daxil olub və orada hazırkı həyat yoldaşı Keyt Middltonla tanış olub. Cütlük 2011-ci ildə ailə həyatı qurub.

21-ci doğum günündə Uilyam Kraliçanın yoxluğunda rəsmi tədbirlərdə onu təmsil etmək səlahiyyətinə malik olmaq üçün Dövlət müşaviri təyin edilib. 

Uilyam və Keytin üç övladı var - Şahzadə Corc (iyul 2013-cü il təvəllüdlü), Şahzadə Şarlotta (2015-ci il təvəllüdlü) və Şahzadə Lui (2018-ci il təvəllüdlü).

Şahzadə Orduda, Kral Donanmasında və RAF-da hərbi təhsili başa vurub və sonra Şimali Uelsin Anglesey Vadisində RAF Axtarış və Xilasetmə pilotu kimi üç il təlim keçib.  O, həmçinin  Şərqi İngiltərədə təcili yardımın köməkçi pilotu kimi part-time işləyib. 

İndi Uels şahzadəsi titulu ilə birlikdə ona atası tərəfdən Kornuoll hersoqu titulu da keçib.  Son vaxtlara qədər o və həyat yoldaşı Keyt Kembric hersoqu və hersoginyası titullarını daşıyırdılar, uşaqları isə Kembric şahzadələri  adlanırdı.

Şahzadə Uilyamın taxt-tacın varisi kimi əsas vəzifələri Krala dəstək olmaq olacaq.
 
N.Təbrizli
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol